Macarıstanda ömür uzunluğu orta Aİ göstəricisindən azdır
Budapeşt, 9 aprel, AZƏRTAC
Macarıstanda gözlənilən ömür uzunluğu 76 ildir. AZƏRTAC bu barədə “Eurostat” Avropa statistika bürosunun məlumatına istinadla xəbər verir.
Regional müqayisə kontekstində Çexiyada orta ömür uzunluğu 79 il, Polşa və Slovakiyada isə 77 il təşkil edir.
Ümumilikdə, Avropa İttifaqında gözlənilən ömür uzunluğu 81 yaşa yaxındır.
“Eurostat”ın məlumatına görə, gözlənilən ən uzun ömür həddi İspaniyada (83 il), ən qısa isə Bolqarıstandadır (74 il).
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib
Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır
ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək
® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib