AFFA üç klubu cərimələyib
Bakı, 9 aprel, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Qarabağ” – “Səbail” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə “dənizçilər” 700 manat cərimə edilib.
“Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat ziyana düşüb. Eləcə də qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat cərimələnib.
Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub
Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib
Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub