×
A
A
A
Sazlamalar

Binə qəsəbəsində üzərində “Makarov” markalı tapança gəzdirən şəxs saxlanılıb

Bakı, 9 aprel, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun üzərində 1 “Makarov” markalı tapança, 1 patron darağı, 8 patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu ilin birinci rübündə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 42 əməliyyat keçiriblər. Əməliyyatlar zamanı dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkarlanması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirirlər.

Cəmiyyət 2024-04-09 13:49:00