×
A
A
A
Sazlamalar

DİN: Ramana qəsəbəsində 3 min manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb

Bakı, 9 aprel, AZƏRTAC

Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən evlərin birinin həyətindən 3 min manat dəyərində dəmir barmaqlıqların oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Pənah Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2024-04-09 13:16:00