×
A
A
A
Sazlamalar

DSX-nin bir qrup hərbi qulluqçusu “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Prezidentinin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi zamanı fərqləndiklərinə görə təltif olunan bir qrup hərbi qulluqçuya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, DSX aparatında keçirilən tədbirdə qurumun rəisi general-polkovnik Elçin Quliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, təltif olunan heyəti təbrik edərək onlara medalları verib.
Təltif olunan hərbi qulluqçular Ümummilli Liderin siyasi davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən onlara göstərilən diqqətə və ali mükafata görə minnətdarlıqlarını bildiriblər.

Cəmiyyət 2024-04-09 13:07:00