×
A
A
A
Sazlamalar

Səbail rayonunda iftar süfrəsi təşkil olunub

Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 8-də müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, 130 nəfərin iştirakı ilə keçirilən tədbir “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Sonra müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu bu ayın fəzilətlərindən danışılıb.
Tədbirdə ölkəmizdə sabitliyin, inkişafın, birliyin, vicdan azadlığının və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğu, bu siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirildiyi vurğulanıb.

Cəmiyyət 2024-04-09 13:06:00