FHN-in əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 200-dən çox ağac əkiblər
Bakı, 9 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd Prezidentin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına dəstək olmaq, eləcə də insanlar arasında ekoloji mədəniyyəti və təbiətə olan qayğı hissini təbliğ etmək olub.
Bakı-Şamaxı magistral avtomobil yolunun 28-ci kilometrliyində təşkil olunan ağacəkmə aksiyasında Agentliyin, o cümlədən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər.
Aksiyada müxtəlif növdə 200-dən çox ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq
Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq