×
A
A
A
Sazlamalar

İşçi qrupunun rəhbəri: “Yüksəliş” müsabiqəsinə müraciət edənlərin sayı hər il artır

Bakı, 9 aprel, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinə müraciət edənlərin sayı hər il artır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, l “Yüksəliş” müsabiqəsinə 11760, ll “Yüksəliş” müsabiqəsinə 12299, llI “Yüksəliş” müsabiqəsinə 13474 nəfər müraciət edib: “Hazırda keçirilən lV müsabiqəyə isə 15877 nəfər müraciət edib. Müraciət edənlərin yaşı 21-51 arasında dəyişir”.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
Müsabiqənin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Elm və təhsil 2024-04-09 12:29:00