×
A
A
A
Sazlamalar

Fərhad Hacıyev: Dördüncü “Yüksəliş” müsabiqəsinə 15 min 877 nəfər qeydiyyatdan keçib

Bakı, 9 aprel, AZƏRTAC

Dördüncü “Yüksəliş” müsabiqəsinə 15 min 877 nəfər qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, qeydiyyatdan keçənlər arasında Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Qarabağ zonalarından olan namizədlər üstünlük təşkil edir. Ötən illərlə müqayisədə müsabiqəyə qoşulan qadın iştirakçıların sayında artım müşahidə olunub.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Elm və təhsil 2024-04-09 12:17:00