×
A
A
A
Sazlamalar

Bakının iki rayonunda internet və rabitə xətlərini oğurlayanlar saxlanılıblar

Bakı, 9 aprel, AZƏRTAC

Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən Elmir Mirzəyev saxlanılıb.
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən Ramil Cəfərov rayon polis idarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Cəmiyyət 2024-04-09 12:13:00