×
A
A
A
Sazlamalar

TKTA vətəndaşlara Ukrayna universitetlərində təhsil almağı tövsiyə etmir

Bakı, 9 aprel, AZƏRTAC

Ukraynada müharibə başlayan ərəfədə sonuncu kursda təhsil alan azərbaycanlı tələbələrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən diplomların tanınmasında güzəştlər tətbiq edildi. Lakin bu güzəştlər növbəti illərdə oraya üz tutan tələbələrə aid deyil.
AZƏRTAC xəbər verir ki, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün keçirilən infosessiyada deyib.
"Vətəndaşlara Ukrayna universitetlərinə getməyi tövsiyə etmirik. Onlar ora qəbul olduqdan sonra müharibəni səbəb kimi gətirərək ölkədaxili universitetlərə transfer edilmələrini tələb edirlər. Həmin tələbələrə güzəştlər tətbiq olunmayacaq. Təkcə Ukrayna deyil, bu qaydalar qonşu Türkiyəyə də aiddir. Bu axının qarşısının alınması, əmək bazarına səriştəli kadrların daxil olması üçün bunu etməliyik. Müharibə şəraiti olduğu üçün vətəndaşlara Ukrayna universitetlərinə getməyi tövsiyə etmirik”, - deyə Tural Əhmədov qeyd edib.

Elm və təhsil 2024-04-09 11:36:00