“Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili” kampaniyası çərçivəsində maarifləndirmə tədbirlərinə başlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili" kampaniyası çərçivəsində maarifləndirmə tədbirlərinə başlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk belə tədbir Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən və işçi sayı çox olan işəgötürənlərin iştirakı ilə Şəki şəhərində təşkil edilib.
Tədbirdə Nazirliyin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar barədə məlumat verilib.
Eyni zamanda, iqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsi, iş yerlərinin attestasiyası qaydaları və əmək qanunvericiliyində son dəyişikliklər diqqətə çatdırılıb. İştirakçılar əməyin təhlükəsizliyi sahəsində işəgötürənlərə fəal metodiki dəstək məqsədinə xidmət edən Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumatlandırılıb.
Maarifləndirmə tədbirlərinə başlanmasında məqsəd qeyd olunan mövzularda işəgötürənlərin məlumatlılığının, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
ADPU-nun əməkdaşları şəhid tələbə və məzunların ailələrini ziyarət ediblər
NAYORA tərəfindən Zəfər və Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Dünya mediası COP29-dan yazır: Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək
Muxtar Babayev: Gənclər iqlim dəyişmələri ilə mübarizədə ən güclü səsə çevrilə bilərlər
BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransının bağlanış mərasimi olub VİDEO