İstismarı yekunlaşan faydalı qazıntı yataqları sahələrində rekultivasiya işlərinə başlanılıb
Bakı, 9 aprel, AZƏRTAC
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzRosPromİnvest” MMC-nin təşkilatçılığı ilə Qazax rayonunun “Daş Salahlı” bentonit gili yatağı üzrə istismarı yekunlaşan ərazilərində ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin, MMC-nin əməkdaşlarının, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə 7 hektar sahədə torpaq-iqlim şəraitinə uyğun 1600 ağac əkilib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Agentlik istismarı yekunlaşan və ehtiyatı bitmiş faydalı qazıntı yataqları sahələrində rekultivasiya işlərinin aparılmasına və ağacəkmə aksiyalarına başlayıb.
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir
XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib
Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb