×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Əhməd Əhmədov cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub

Bakı, 8 aprel, AZƏRTAC

Fevralın 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının 4 aprel tarixli rəyinə əsasən, o, cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib.
Qeyd edilib ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 2024-cü il aprelin 5-də təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

Cəmiyyət 2024-04-08 18:43:00