×
A
A
A
Sazlamalar

Naxçıvanda bu il özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

Naxçıvan, 8 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu il yanvar-mart ayları ərzində 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və dövlət mülkiyyətində olan 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu iI yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648,3 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.

Regionlar 2024-04-08 16:47:00