×
A
A
A
Sazlamalar

Azərbaycanın daha bir güləşçisi Olimpiadaya lisenziya qazanıb

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız italiyalı Frank Çamizo Markezlə qarşılaşıb. Rəqibinə əlavə vaxta qalib gələn Turan Bayramov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə ( 57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya qazanıblar.

İdman 2024-04-07 19:15:00