×
A
A
A
Sazlamalar

Təsnifat turnirində Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçilərinin sayı 5-ə çatıb

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ukraynalı Vasili Mixaylovla üz-üzə gəlib.
Rəqibinə 4:1 hesabı ilə qalib gələn O. Nurmaqomedov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst güləşçi Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.

İdman 2024-04-07 19:57:00