Daha bir Azərbaycan güləşçisi “Paris-2024”də mübarizə aparacaq
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Avropa Olimpiya Təsnifat turnirində daha bir Azərbaycan güləşçisi “Paris-2024”ə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili yarımfinalda bolqarıstanlı Alen Xubulovu 7:0 hesabı ilə məğlubiyyətə uğradaraq bu uğura imza atıb.
Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst güləşçilər Osman Nurmaqomedov (86 kiloqram),Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.
A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib
Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub
Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib