×
A
A
A
Sazlamalar

“Şahin” hərbi-idman oyununun Sumqayıt üzrə qalibləri müəyyənləşib

Sumqayıt, 7 aprel, AZƏRTAC

“Şahin” hərbi-idman oyununun Sumqayıt şəhəri üzrə qalibləri məlum olunub. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə gərgin idman mübarizəsi şəraitində keçən şəhər birinciliyində Sumqayıt məktəblərinin komandaları qatılıb.
İdarədən AZƏRTAC–a bildirilib ki, 12 komandanın iştirak etdiyi hərbi-idman oyununda birinci yerə şəhərin Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası, ikinci yerə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin komandası, üçüncü yerə isə 15 nömrəli tam orta məktəbin komandası layiq görülüb.
Qaliblər Regional İdarənin fəxri fərmanı ilə təltif olunub və zona yarışına vəsiqə qazanıblar.

Regionlar 2024-04-07 21:33:00