×
A
A
A
Sazlamalar

Azərbaycanın xarici işlər naziri Qırğızıstana rəsmi səfərə gedib

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Siyasət 2024-04-08 15:10:00