×
A
A
A
Sazlamalar

Tovuzda əqrəb kənd sakinini sancıb

Tovuz, 7 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda əqrəb kənd sakinini sancıb.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib.
Kənd sakini 24 yaşlı Aygün Hacıyeva yaşadığı evdə yorğan-döşəklərini sahmana salarkən onu ayaq nahiyəsindən əqrəb sancıb.
Yaralı dərhal ailə üzvilərinin köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir.

Regionlar 2024-04-07 13:55:00