×
A
A
A
Sazlamalar

Fövqəladə hallar könüllüləri növbəti tədbirə cəlb ediliblər

Bakı, 7 aprel, AZƏRTAC

Ölkəmizdə könüllü təşkilatlarının formalaşması və inkişafı istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq Fövqəladə Hallar Könüllüləri proqramı da formalaşıb. Belə ki, proqram çərçivəsində müvafiq biliklərə yiyələnmiş, faydalı təlim proqramlarında uğurla iştirak etmiş fövqəladə hallar könüllüləri müxtəlif tədbir və layihələrə cəlb edilir, onların öz bacarıqlarını reallaşdırması üçün lazımi şərait yaradılır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə tədbir Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi oldu. Tədbirə cəlb edilən könüllülər yarışlarla əlaqədar müxtəlif təşkilati məsələlərə dəstək verməklə, ümumilikdə yarışların yüksək səviyyədə keçirilməsinə öz töhfələrini veriblər.

Cəmiyyət 2024-04-07 12:38:00