×
A
A
A
Sazlamalar

Baş DYP İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

Bakı, 8 aprel, AZƏRTAC

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisindəki texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə İdarənin Qeydiyyat-imtahan idarəsi, eləcə də regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərində olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.

 

Cəmiyyət 2024-04-08 11:11:00