×
A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib VİDEO

Bakı, 7 aprel, AZƏRTAC

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən birincilikdə əvvəlcə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov və yarışların baş hakimi Hikmət Hüseynov birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıblar. Qeyd olunub ki, ordumuzda idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Hərbi qulluqçular arasında təşkil edilən müxtəlif idman yarışları da görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda 12 komandadan 114 idmançı mübarizə aparıb.
Gərgin mübarizə ilə yadda qalan yarışlarda ilk 3 yerin qalibi motoatıcılardan ibarət komandalar olub.
Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Ordu 2024-04-07 12:22:00

Video