×
A
A
A
Sazlamalar

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 16 min 682 nəfər qeydiyyatdan keçib

Bakı, 8 aprel, AZƏRTAC
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 16 min 682 bakalavr (Azərbaycan bölməsi - 15565; rus bölməsi - 1117) ərizəsini təsdiq edib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən Məlumat verilib. Bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də digər bakalavrlar mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.
Ərizə qəbulu aprelin 8-i saat 23:59-dək davam edəcək.

Elm və təhsil 2024-04-08 10:51:00