×
A
A
A
Sazlamalar

Azərbaycan futzal millisinin yoldaşlıq oyunları üçün ilkin heyəti açıqlanıb

Bakı, 8 aprel, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın baş məşqçisi Vitali Borisov hazırlıq prosesi üçün 17 oyunçuya dəvət göndərib.
Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Kamran Hacıyev, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi”), Qüdrət Qasımzadə, İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).
Qeyd edək ki, Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək. Paytaxda baş tutacaq hazırlığın yekununda qonşu ölkəyə aparılacaq heyət məlum olacaq.

İdman 2024-04-08 10:43:00