Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yevlax Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb
FHN-in İdman-sağlamlıq klubunda çoxnövçülük üzrə çempionata yekun vurulub