Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
Müdafiə Nazirliyi: Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Hərbi Dəniz Qüvvələrinin NATO-nun nümayəndələri ilə görüşü keçirilib
Hərbi attaşelər DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbini ziyarət ediblər