Yevlaxda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də saat 03 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Sabunçu Tibb Mərkəzinin yaxınlığında yanğın baş verib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli Toplantısı Nyu-Yorkda keçiriləcək
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
Sabahdan bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir