Yevlaxda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub
Bakı, 8 aprel, APREL
Aprelin 7-də saat 03 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Azərbaycan diasporunun təmsilçiləri Duysburq-Essen Universitetində müzakirələr aparıblar
İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hüquq olimpiadasının qalibləri mükafatlandırılıb
“Venesiya” şadlıq sarayında baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi açıqlanıb