×
A
A
A
Sazlamalar

Yanvar-mart aylarında 11,5 min şəxsə əlillik təyin olunub

Bakı, 8 aprel, AZƏRTAC

Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 11,5 min şəxsə əlillik təyin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 5,6 mininə ilkin, 5,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
Son üç ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 24,8 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Cəmiyyət 2024-04-08 10:34:00