×
A
A
A
Sazlamalar

® "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçiriləcək

Aprelin 23-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyi, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti” və Abbot şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçiriləcək.

Elmi konfrans zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq konfrans pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulub.
Konfransın saat 14:00-dan 18:00-dək əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq ZOOM platformasında həyata keçirilməsi planlaşdırılır.
Konfrans 4 DTT balı ilə qiymətləndirilib.
Konfransda iştirak etmək ödənişsizdir. Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/1xXW7u4WKD5SXtvD8
Konfrans barədə: https://customshospital.az/son-merhele-qaraciyer-xesteliyi-ve-viral-hepatitler/ linikinə daxilə olaraq əlavə məlumat almaq olar.

 

Cəmiyyət 2024-04-08 10:23:00