×
A
A
A
Sazlamalar

DİN: Son iki gündə narkotiklərlə əlaqəli 53 fakt müəyyənləşib

Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 6-7-də ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.

 

Cəmiyyət 2024-04-08 09:32:00