×
A
A
A
Sazlamalar

Paytaxtın Mehdiabad və Qobu qəsəbələrində qanunsuz tikililər sökülüb VİDEO

Bakı, 8 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə Abşeron rayonunun Mehdiabad və Qobu qəsəbələri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Cəmiyyət 2024-04-08 12:15:00

Video