Abşeronda ağacəkmə və təmizlik aksiyası keçirilib
Abşeron, 6 aprel, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon təşkilatının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Bakı-Şamaxı, Bakı-Quba avtomobil yollarının Abşeron rayonuna aid hissəsində, o cümlədən Xırdalan şəhərində ümumilikdə 3000 ədəd müxtəlif növ ağac əkilib.
Yeni əkilmiş ağaclara üzvi gübrə verilib və lazımi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından təmizlənib, ümumi iməcilik həyata keçirilib.
Ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Mingəçevir teatrı tamaşaçılarına 4 yeni səhnə əsəri təqdim edəcək
Siyəzənin intensiv meyvə bağlarında daha çox badam və zeytun becərilir
Ötən il Naxçıvanda fəaliyyət göstərən 47 dönərxanada monitorinq aparılıb
Kəngərli rayonunda mina və top mərmisi aşkarlanıb
Balakəndə Zəfər Gününə həsr edilən minifutbol turnirinin qalibləri müəyyənləşib