Aqrar Universitetin əməkdaşları üçün iftar süfrəsi açılıb
Gəncə, 6 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin əməkdaşları üçün iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən universitetin rektoru Zəfər Qurbanov Ramazan ayında iftar süfrələrinin açılmasının cəmiyyətimizin vahidliyinə, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyə bariz nümunə olduğunu söyləyib.
Sonra ADAU əməkdaşları – Hacı Bəhmən Əliyev və Hacı Firudin Qurbanov çıxış edərək Ramazan ayının fəzilətləri barədə danışıb, dualar ediblər.
Salyanda azyaşlı uşağı əqrəb sancıb
Astarada yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var
Rusiyalı pianoçular Gəncədə çıxış ediblər