Bu il Naxçıvanda 68 ədəd smartkart tipli sayğac quraşdırılıb
Naxçıvan, 6 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə Naxçıvan şəhərində əhalinin mavi yanacaqla təminatı ilə əlaqədar 68 ədəd smartkart tipli sayğac quraşdırılıb.
Muxtar Respublikanın Qaz İstismar Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yenidənqurma, abadlıq, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin icrası ilə əlaqədar ümumi uzunluğu 16209,6 paqonometr müxtəlif diametrli boru xəttindən istifadə olunub.
Eyni zamanda, cari ilin 3 ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer sahələrinin 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaz tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə ümumi 3093 çağırış daxil olub.
Çağırışlara vaxtında gedilib, bütün işlər keyfiyyətlə yerinə yetirilərək təbii qazın nəqli bərpa edilib.
Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri Ağdam rayonunda davam etdirilir
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
Azərbaycanda yay turizm mövsümü başlayıb - “Şahdağ” Turizm Mərkəzinə mediatur FOTO