×
A
A
A
Sazlamalar

AzTU-nun İnnovativ Texnologiyalar Mərkəzi silsilə təlimlərə başlayıb

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ Texnologiyalar Mərkəzi akademik heyət üçün “Layihələrin idarə olunması” mövzusunda silsilə təlimlərə başlayıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, təlimlərin üç ay davam etməsi nəzərdə tutulur.
İnnovativ Texnologiyalar Mərkəzinin fəaliyyət planına uyğun olaraq digər istiqamətlərdə də təlimlərin və seminarların keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, mərkəz “Erasmus+KA2” proqramı çərçivəsində AzTU-da icra edilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə yaradılıb.

Elm və təhsil 2024-04-06 17:30:00