Laçında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub
Laçın şəhəri və Laçının Zabux kəndində 748 sakinin məşğulluğu təmin edilib
Bakı, 6 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və 40-dan çox işəgötürənin iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən bəhs olunub.
Laçın şəhərinə və Laçının Zabux kəndinə köçürülən sakinlərdən artıq 748 nəfərin məşğulluğunun təmin edildiyi bildirilib. Həmin şəxslərdən bir qrupu üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulduğu diqqətə çatdırılıb.
Görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, rəqəmsal layihələri, işəgötürənlərə yönəlik proqramları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Laçında sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.
MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Dağlıq rayonlara qar yağır, bəzi ərazilərdə güclü şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA
Hava şəraiti ilə əlaqədar sərnişin və yük qatarlarının sürət həddi endirilib
Türkiyəli ekspert: Paşinyanın ziddiyyətli bəyanatı Ankara ilə aparılan danışıqlara zərbə vurur