Slovakiyada qısamüddətli təcrübə proqramı
Bakı, 6 aprel, AZƏRTAC
Slovakiya Milli Təqaüd Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə Slovakiya Respublikasının ali təhsil və tədqiqat müəssisələrində qısamüddətli təcrübə proqramı təşkil olunacaq.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqrama magistratura və doktorantura tələbələri, həmçinin universitet müəllimləri, tədqiqatçılar və incəsənət fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edə bilərlər.
Qeyd edək ki, Milli Təqaüd Proqramı Slovakiya Respublikasının Təhsil, Elm, Tədqiqat və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.
Proqrama müraciətlər aprelin 30-dək davam edəcək. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO
BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib
Mayın 5-6-da geomaqnit qasırğası olacaq
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır