×
A
A
A
Sazlamalar

Naxçıvanda media əməkdaşları tərəfindən “Əkinçi bağı” salınıb

Naxçıvan, 6 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Naxçıvanda ağacəkmə aksiyaları davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bugünkü aksiyada muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri iştirak edib, yeni “Əkinçi” bağı salıblar.
Vayxır kəndi ərazisində, Naxçıvan-Batabat magistralının kənarında keçirilən aksiyada muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarının mətbuat xidmətinin əməkdaşları və ekologiya könüllüləri də iştirak edib.
Salınan yaşıllıq zolağına “Əkinçi bağı” adı verilib.
1,1 hektar ərazidə keçirilən ağacəkmə aksiyası zamanı torpaq-iqlim şəraitinə uyğun min ədəd tut ağacı əkilib.
Aksiyada fəal iştirak edən gənc jurnalistlər və ekologiya könüllüləri ətraf mühitin qorunması ilə bağlı şüarlar nümayiş etdirib, xatirə fotoları çəkdiriblər.
Bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunan ölkəmizdə həmçinin COP29 kimi mötəbər beynəlxalq tədbir keçiriləcək. "Yaşıl enerji” layihələrində böyük pay sahibi olan Naxçıvanda bu cür nəcib təşəbbüslər bu il daha geniş vüsət alıb.



 

Regionlar 2024-04-06 16:19:00