×
A
A
A
Sazlamalar

BDU-nun “SABAH” tələbəsi “Sabahın hüquqları” adlı “Erasmus+” təlimində

Bakı, 6 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Fəzilə Əliyeva “Sağlam Düşüncə” Gənclər Təşkilatının vasitəsilə “Erasmus+” proqramı çərçivəsində Xorvatiya Respublikasının Karlovats şəhərində keçirilən “Sabahın hüquqları” (Rights of tomorrow) adlı təlimdə iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən (Xorvatiya, Danimarka, Estoniya, Serbiya, Şimali Makedoniya, Moldova, Albaniya, Gürcüstan, Ermənistan) təmsilçilər qatılıblar.
Təlimin məqsədi iştirakçıları 4-cü nəsil insan hüquqlarına daxil olan hüquqlar barədə məlumatlandırmaqdır. Tədbirdə müxtəlif təlim metodları tətbiq etməklə insan hüquqlarının inkişafı və onların nəsillərə görə bölünməsi barədə müzakirələr aparılıb.

Elm və təhsil 2024-04-06 16:03:00