×
A
A
A
Sazlamalar

“Qızıl Şah 2024” respublika çempionatının Qəbələ üzrə seçim turunun qalibləri müəyyənləşib

Qəbələ, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini “Qızıl Şah 2024” IV respublika çempionatında təmsil edəcək komanda üzvlərinin seçim turu keçirilib və qaliblər müəyyənləşib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən təşkil edilən respublika çempionatı üzrə daxili yarışların ümumilikdə 8 peşə təhsil müəssisəsində keçirilməsi planlaşdırılır. “Qafqaz-Qəbələ” MMC ilə əməkdaşlıq çərçivəsində “Qafqaz Tufandağ Hotel”də keçirilən seçim turunda Peşə Təhsil Mərkəzinin 3 tələbəsi – Bəhruz Mahmudlu, Ceyran Aslanova və Xəyal Alıyev respublika yarışında iştirak etmək hüququ qazanıblar.
Seçim turunun qalibləri Peşə Təhsil Mərkəzi tərəfindən diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə mükafatlandırılıb.

Regionlar 2024-04-06 15:59:00