“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin elmi müsabiqəsi keçiriləcək
Bakı, 6 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin elmi müsabiqəsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev məlumat verib. O bildirib ki, hər il institutda çalışan gənc alimlərin, mütəxəssislərin elmi tədqiqat aparmağa daha da həvəslənməsi üçün ənənəvi “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçirilir: “Builki müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib. Müsabiqədə gənclərimizin ətraf mühitin ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələri dinləniləcək. Seçilən alimləri diplom və pulla mükafatlandıracağıq”.
Əfsun Sucayev qeyd edib ki, eyni zamanda, iyun ayında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində institutun müştərək beynəlxalq tədqiqatlar apardığı Türkiyə universitetləri ilə birlikdə gənc alim və mütəxəssislərin “Yaşıl kimya” fundamental və tətbiqyönlü kimya elminin vacib bir istiqaməti” mövzusunda beynəlxalq onlayn elmi seminarın keçirilməsi planlaşdırılır.
Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO
BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib
Mayın 5-6-da geomaqnit qasırğası olacaq
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır