Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Bakı, 6 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər aprelin 22-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqə 3 mərhələdən (elektron qeydiyyat, test imtahanı, müsahibə mərhələsi) ibarətdir.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test imtahanında namizədlərə 40 sual (20 psixologiya, 10 məntiq, 10 İKT) veriləcək. Uğur qazanmış namizədlər müsahibədə iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqə ilə bağlı sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.
Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO
BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib
Mayın 5-6-da geomaqnit qasırğası olacaq
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır