×
A
A
A
Sazlamalar

Xalq artisti Siyavuş Kərimi: Məqsədimiz Naxçıvanın istedadlı insanlarını ölkəyə təqdim etmək, tanıtmaqdır

Naxçıvan, 6 aprel, Nail Əsgərov, AZƏRTAC

Bu gün mədəniyyət, musiqi sahəsindəki məsələləri çözmək üçün Milli Konservatoriya olaraq Naxçıvandayıq. Bu qədim diyarda kifayət qədər istedadlı insanlar var. Məqsədimiz həmin insanları tapıb cəmiyyətə, bütün ölkəyə təqdim etmək, tanıtmaqdır. Bunun üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı layihələrin icrası üçün Naxçıvana gələn Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi söyləyib.
O deyib: “Bir neçə ay əvvəl Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb. Həmin sənədə əsasən bizim tədris, təhsil mübadiləsi, yaradıcılıq sahəsində işlənməsi vacib layihələrimiz nəzərdə tutulur. Budəfəki gəlişimiz onu göstərir ki, bu proses artıq başlayıb. Səfərimizin əsas məramı Naxçıvan Muxtar Respublikasının 100 illik tədbirlərində Naxçıvan Dövlət Universiteti ilə birgə iştirak etməkdir. Bu tədbirlərin daha yüksək səviyyədə keçirilməsi üçün öz dəstəyimizi göstərəcəyik. Belə birgə layihələr Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir. Bu işlərə görə böyük qürur hissi keçiririk”.

 

Regionlar 2024-04-06 14:54:00