×
A
A
A
Sazlamalar

Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116 faiz icra edilib

Naxçıvan, 6 aprel, AZƏRTAC

Cari ildə Naxçıvanda vergi daxilolmalarında müsbət dinamika davam edir.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ilin birinci rübündə xidmətin xətti ilə büdcəyə 45,8 milyon manat vergi daxil olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 24,8 faiz və ya 9,1 milyon manat çoxdur.
Cari ilin birinci rübündə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 faiz icra edilib.

Regionlar 2024-04-06 14:25:00