×
A
A
A
Sazlamalar

Detonator partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti stabildir

Ağdam, 6 aprel, AZƏRTAC

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Piriyev Anar Mürşüd oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sağ baldırın yuxarı 3/1 ön səthinin kiçik ölçülü qəlpə yaraları, sağ əlin iç səthinin kəsilmiş yarası ilə xəstəxanaya gətirilən Anar Piriyevə ilkin tibbi yardım göstərilib.
Hazırda onun vəziyyəti stabildir.

 

Regionlar 2024-04-06 12:39:00