“Qərbi Azərbaycana qayıdış” olimpiadası başlayır
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi təşkil olunacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadada iştirak etmək istəyən məktəblilər aprelin 20-dək link vasitəsilə qeydiyyatdan keçməli və ya təhsil aldıqları müəssisəyə müraciət etməlidirlər.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələdən ibarət olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək.
Bundan əlavə, şagirdlərin bilik və bacarıqlarının artırılması, eləcə də olimpiadaya hazırlıqla bağlı tövsiyə edilən materiallar barədə məlumatlar ümumi təhsil müəssisələrinə göndəriləcək.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.
COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi
“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar