“Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 29-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Konfransın materiallarının toplu halında çapı nəzərdə tutulur. Məruzələr “Akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri”, “Yaşıl dünya naminə”, “Klassik ədəbiyyatda təbiət motivləri” kimi istiqamətlərdə ola bilər. Məruzələrin tam mətni 5 səhifəni keçməməlidir.
Təşkilat komitəsinin məruzə mətnini qəbul edib-etməmək hüququ var. Elmi dərəcəsi olmayan müəlliflər məruzə ilə bağlı mütəxəssis rəyi təqdim etməlidirlər.
Daha ətraflı məlumatla AMEA-nın saytında tanış olmaq mümkündür.
COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi
“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar